AzTU tələbələri xarici universitetlərdə mübadilə proqramını tamamlayıblar
Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri 2025/2026-cı tədris ilinin yaz semestrində ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilən tələbə mübadiləsi proqramında iştirak edərək dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alıblar.
"Azərbaycan müəllimi" xəbər verir ki, mübadilə proqramı çərçivəsində AzTU-nun İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin kompüter elmləri ixtisası üzrə təhsil alan tələbəsi Əziz Rafiq Soltan oğlu Türkiyənin Orta Doğu Texniki Universitetində (ODTÜ), AzTU-da həmin ixtisas üzrə təhsil alan Abbas Ayxan Emin oğlu isə İndoneziyanın İndoneziya Universitetində təhsilini uğurla başa vurub. Sənaye iqtisadiyyatı və menecment fakültəsinin biznesin idarə edilməsi ixtisası üzrə təhsil alan tələbəsi Ömərli Ayaz Yaşar oğlu isə İtaliyanın Roma Sapienza Universitetində bir semestrlik mübadilə təhsilini müvəffəqiyyətlə tamamlayıb.
Tələbələr mübadilə proqramı müddətində ixtisasları üzrə beynəlxalq təcrübə qazanmaq, fərqli akademik mühitlə tanış olmaq və biliklərini zənginləşdirmək imkanı əldə ediblər.




