AzTU tələbəsi fizika üzrə beynəlxalq olimpiadanın qalibi olub
2025-ci ilin dekabrında Türkmənistanda keçirilən fizika fənni üzrə V beynəlxalq olimpiadada Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri Aylin Quliyeva I yerə, Ceylin Topçu isə xüsusi təltifə layiq görülüb.
Bu barədə "Azərbaycan müəllimi"nə AzTU-dan məlumat verilib.
Bildirilib ki, Fizika sahəsində beynəlxalq müsabiqələrə təbələlərin hazırlığı AzTU-nun Mühəndis fizikası və elektronika kafedrasının müdiri Mətanət Mehrabova və AMEA-nın müxbir üzvü Vəli Hüseynov tərəfindən həyata keçirilir.


