Bağçada kiçikhəcmli yanğın olub – Xəsarət alan yoxdur
Dekabrın 23-də 79 nömrəli körpələr evi-uşaq bağçasının elektrik şitində qısaqapanma nəticəsində kiçikhəcmli yanğın baş verib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinə məlumat verilib və yanğının yayılmasının qarşısı alınıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Aidiyyəti qurumlar tərəfindən hadisənin səbəbləri araşdırılır.


