Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əməkhaqqı açıqlanıb

20 Dekabr, 2024 - 12:19
Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əməkhaqqı açıqlanıb
Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əməkhaqqı açıqlanıb

Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 1 000 manata yaxındır.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, 2024-cü təqvim ilində İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 993 manat, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq əməkhaqqı 527 manat təşkil edib.