Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək

21 May, 2025 - 10:23
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək

Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin birgə təşkilatçılığı ilə 24-25 sentyabr 2025-ci il tarixlərində Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək. 

“Azərbaycan müəllimi” xəbər verir ki, “Transmilli tədqiqat: bilikdən qlobal təsirə doğru” mövzusunda təşkil olunacaq sammitdə müvafiq sahə üzrə qlobal miqyasda tanınmış 50-dən artıq spikerin, 150-ə yaxın qurumu təmsil edən 350-dən çox iştirakçının təmsil olunması gözlənilir.

Sammitdə aşağıda qeyd olunan istiqamətlər üzrə müzakirələr aparılacaq:
•   Qlobal tədqiqatın təsiri: Avrasiya regionunun güclü tərəflərindən faydalanma
•   Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda ali təhsilin rolu
•   Qitələri əlaqələndirmək: əməkdaşlıq və innovasiya imkanları

Ətraflı məlumat üçün: 
https://www.timeshighered-events.com/eurasia-universities-summit-2025

Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək