"“BakıKart”ın güzəştlərini tələbələr üçün də edək" – Təklif
“Artıq bir sıra partnyorlar “TələbəPlus” çərçivəsində tələbələrə müxtəlif endirimlər təqdim edirlər. İndi təklifimiz ondan ibarətdir ki, bunu həm bankla, həm də müvafiq qurumlarla müzakirə edək və nəqliyyat sahəsində olan endirimləri, eləcə də “BakıKart” üzrə nəzərdə tutulan güzəştləri təhsil işçiləri ilə yanaşı, yaxın müddətdə tələbələr üçün də edək”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müavini Kənan Kərimzadə jurnalistlərə açıqlamasında söyləyib.
Bildirib ki, 160 minə yaxın tələbə artıq “TəhsilPlus” kartından istifadə edir: “Təhsilin İnkişafı Fondunun “Visa” şirkəti və Kapital Bankın dəstəyi ilə “Tələbə Plus” kartı artıq mövcuddur. Məlumatıma görə, tələbələr artıq bu məhsuldan istifadə edirlər. Bu gün tədbirdə də səsləndirildi ki, hazırda “Visa” şirkəti ilə bu istiqamətdə əməkdaşlıq davam edir”.



