BANM-in məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb 

30 Sentyabr, 2026 - 17:27
BANM-in məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb 

Bakı Ali Neft Məktəbinin məzunu Əli Məhərrəmlinin daxil olduğu 2 nəfərlik komanda Çinin Şanxay şəhərində keçirilən “WorldSkills Shanghai 2026” – 48-ci Dünya Bacarıqlar Yarışında Azərbaycanı uğurla təmsil edib.

"Azərbaycan müəllimi" xəbər verir ki, Əli Məhərrəmli beynəlxalq yarışda kibertəhlükəsizlik bacarığı üzrə “Medal of Excellence” mükafatına layiq görülüb.

O, 2020-ci ildə Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasına olimpiada qalibi kimi qəbul olub. Hazırda isə Dövlət Proqramı çərçivəsində ABŞ-nin Karnegi Mellon Universitetində İnformasiya təhlükəsizliyi ixtisası üzrə magistratura təhsili alır.