BANM komandası “Nə? Harada? Nə zaman?” çempionu olub

18 Mart, 2025 - 22:57
BANM komandası “Nə? Harada? Nə zaman?” çempionu olub
BANM komandası “Nə? Harada? Nə zaman?” çempionu olub

Bakı Ali Neft Məktəbinin (BANM) komandası “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Universitetlərarası Azərbaycan Çempionatının qalibi olub.

“Azərbaycan müəllimi” xəbər verir ki, iştirakçılara 48 sual təqdim olunub. BANM-in “Stonks” komandası bütün komandaları üstələyərək qalib gəlib.

Qaliblər:

Xaqani Zeynallı İnformasiya təhlükəsizliyi, lll kurs

Yusif Hüseynzadə Proseslərin avtomatlaşdırılması mühəndisliyi, V kurs,

Elmar Yusifov MBA, ll kurs,

Sahil Talıbov Kimya mühəndisliyi , V kurs,  

Nasir Əsədzadə Kimya mühəndisliyi, V kurs,

Həsən Abbaslı Proseslərin avtomatlaşdırılması mühəndisliyi IV kurs

Çempionata 6 region və paytaxtdan 25 ali təhsil müəssisəsinin 32 komandası qatılıb. Finala çıxmaq üçün 3000-dən çox tələbə ilkin seçimdə iştirak edib.

Qeyd edək ki, layihə Elm və Təhsil Nazirliyi, Gənclər Fondu, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “3 sual” intellektual oyunlar platforması və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə həyata keçirilir.