BANM Şirvan Peşə Liseyinə dərs vəsaitləri hədiyyə edib
Bakı Ali Neft Məktəbinin (BANM) Elmi Kitabxanası Şirvan Şəhər Peşə Liseyinə neft-qaz ixtisası üzrə dərs vəsaitləri bağışlayıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, təqdim olunan kitablar liseydə təhsil alan tələbələrin ixtisas biliklərinin artırılmasına və nəzəri bazalarının möhkəmləndirilməsinə xidmət edəcək.




