BANM tələbələrinin startapı 25 min avro investisiya əldə etdi
Bakı Ali Neft Məktəbinin (BANM) “Agroficient” komandası 25,000 avro məbləğində investisiya əldə edib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib kİ, komanda “Startupbootcamp”ın kənd təsərrüfatı akselerasiyasının final mərhələsinə keçib.
Onlar BANM-ın Neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbələri Emil Huseynli və Malik Sultanovdur.
Komandanın elmi rəhbəri isə İnnovasiya və tədqiqatlar mərkəzinin böyük mühəndisi Elmar Əsgərzadədir.
1500-dən çox startapın qatıldığı akselerasiyada 30 startap seçilib və komandamız da onlardan biridir.



