Baş nazir bu institutlarla bağlı QƏRAR VERDİ
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzinin, Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzinin Bitkiçilik Elmləri İnstitutunun və Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutunun strukturu, işçilərin say həddi və əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiq edilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi aparatının işçilərinin say həddi 120 ştat vahidi, Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzinin Bitkiçilik Elmləri İnstitutunun işçilərinin say həddi 670 ştat vahidi, Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzinin Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutunun işçilərinin say həddi 221 ştat vahidi təsdiq edilib.
Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzinin Bitkiçilik Elmləri İnstitutunun və Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzinin Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutunun işçilərinin aylıq tarif (vəzifə) maaşlarının məbləği büdcədən maliyyələşdirilən sahələr üçün təsdiq edilmiş müvafiq Vahid Tarif Cədvəli əsasında Vahid Tarif-İxtisas Sorğu Kitabçalarına uyğun olaraq müəyyən ediləcək.




