Bayramla əlaqədar dərs günlərinin yeri dəyişdirilir? – RƏSMİ AÇIQLAMA

24 Dekabr, 2025 - 13:27
Bayramla əlaqədar dərs günlərinin yeri dəyişdirilir?

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar 29 və 30 dekabr tarixlərinin qeyri-iş günü elan ediləcəyi, buna görə də dekabrın 27–28-də təhsil müəssisələrində dərs günü olacağı ilə bağlı iddialar yayılıb.

İddialarla bağlı Elm və Təhsil Nazirliyindən "Azərbaycan müəllimi"nə bildirilib ki, yayılan məlumatlar həqiqətəuyğun deyil: “Nazirlər Kabineti tərəfindən iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə bağlı qərar olmadığı üçün dərs və istirahət günlərinin yerinin dəyişdirilməsi nəzərdə tutulmur. Aidiyyəti məsələlərlə bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur”.

Qeyd edək ki, Azərbaycanda 31 dekabr - 4 yanvar tarixləri qeyri-iş günləridir. 2026-cı il yanvarın 5-i ilin ilk iş günüdür.