BDU-da Tələbələrarası I Azərbaycan kubokunun seçim turu davam edir

15 Aprel, 2025 - 11:40

Bakı Dövlət Universitetində (BDU) Gənclər və İdman Nazirliyi, “Xəzər” İntellektual Gənclər Klubu və BDU-nun Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən Tələbələrarası I Azərbaycan kubokunun ikinci seçim turu keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, “Nə? Harada? Nə zaman?” intellektual oyunu formatında keçirilən turnirdə tələbələr 24 sual üzrə, 4 turda yarışıblar. Universitet liqasının qalibləri Tələbələrarası I Azərbaycan kuboku uğrunda mübarizə aparmaq hüququ əldə edəcəklər.

Qeyd edək ki, yarışın keçirilməsində məqsəd tələbələrin intellektual oyunlar vasitəsilə bilik və bacarıqlarının artırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsinin təmin olunmasıdır.