BDU-da yüksək bal toplayanlar üçün yeni təqaüd təsis edilib

11 İyul, 2025 - 12:42
BDU-da yüksək bal toplayanlar üçün yeni təqaüd təsis edilib
BDU-da yüksək bal toplayanlar üçün yeni təqaüd təsis edilib
BDU-da yüksək bal toplayanlar üçün yeni təqaüd təsis edilib

2025/2026-cı tədris ilində Bakı Dövlət Universitetinə (BDU) bakalavriat səviyyəsi üzrə qəbul olunan və müxtəlif ixtisaslar üzrə 550-dən çox bal toplayan abituriyentlər arasından ən yüksək nəticə göstərmiş tələbələrə tədris ilinin sonunadək hər ay 200 manat məbləğində “Birincilik” adlı məqsədli təqaüd veriləcək.

Universitetdən “Azərbaycan müəllimi”nə xəbər verilib ki, bu barədə BDU Elmi Şurası qərar qəbul edib.

Bildirilib ki, hazırda BDU-da bakalavriat səviyyəsində 75 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir.