Beynəlxalq Təhsil İcmalı – Dekabr 2025
"Beynəlxalq Təhsil İcmalı" adlı bülletenin dekabr ayına olan sayı təqdim edilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Bülletenin dekabr ayı üçün hazırlanmış sayında “Avropada akademik heyət – 2025”, “Aşağı və orta gəlirli ölkələrin sistemlərində süni intellektin transformativ potensialının araşdırılması”, “Səmərəli məktəbəqədər təhsil: xoşbəxtlik və rifahın sirri” , “Yeni iqtisadiyyat dövründə bacarıqlar: insan faktorunun gücləndirilməsi” adlı məqalələr yer alıb.
Bülletenlə tanış olmaq üçün müvafiq keçidə daxil ola bilərsiniz:


