Beynəlxalq Təhsil İcmalı May 2026

4 İyun, 2026 - 16:13
Beynəlxalq Təhsil İcmalı May 2026

"Beynəlxalq Təhsil İcmalı" adlı bülletenin may ayına olan sayı təqdim edilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Bülletenin may ayı üçün hazırlanmış sayında “Moldova Respublikasının təhsil sisteminin təhlili və qiymətləndirilməsi”, “Ali təhsil sistemində əcnəbi tələbələr: Avstraliya, Kanada, Fransa, Almaniya, Niderland və Birləşmiş Krallıq üzrə tendensiyaların, çağırışların və siyasi yanaşmaların müqayisəli təhlili”, “Təhsildə məktəb seçimi və tənzimləmə siyasətinin şagird nailiyyətlərinə təsiri” adlı məqalələr yer alıb.

Bülletenlə tanış olmaq üçün müvafiq keçidə daxil ola bilərsiniz:

Beynəlxalq Təhsil İcmalı May 2026