Biləsuvarda XI sinif şagirdi intihar edib – İdarədən açıqlama

10 Fevral, 2025 - 15:51
Biləsuvarda XI sinif şagirdi intihar edib – İdarədən açıqlama

Biləsuvarda yerləşən Cəbrayıl rayon Xanış Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi 6 fevral saat 16:20 radələrində ilkin məlumata görə yaşadığı evdə intihar edib.

Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə bildirilib ki, hadisədən məlumatlıdırlar:

“Hazırda idarə və hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. Məktəb daxilində tərəfimizdən aparılan ilkin təhlil və sorğular sözügedən şagirdə qarşı hər hansı qısnama hallarının baş verdiyini təkzib edir".

Biləsuvarda XI sinif şagirdi intihar edib – İdarədən açıqlama
Biləsuvarda XI sinif şagirdi intihar edib – İdarədən açıqlama