“Birgə tədqiqatların əhəmiyyəti” mövzusunda vebinar keçiriləcək

18 Fevral, 2025 - 10:02
“Birgə tədqiqatların əhəmiyyəti” mövzusunda vebinar keçiriləcək
“Birgə tədqiqatların əhəmiyyəti” mövzusunda vebinar keçiriləcək

Fevralın 20-də “Clarivate” şirkətinin Azərbaycan dilində vebinarlar seriyasından “Birgə tədqiqatların əhəmiyyəti” adlı vebinar baş tutacaq.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Vebinarda aşağıdakı mövzular əhatə olunacaq:

  • “Web of Science Əsas Kolleksiya”

  • Təşkilat profili

  • Tədqiqatçı profili

  • Akademik və tədqiqat əməkdaşlığında çətinliklər

  • Birgə tədqiqatda qrant fondlarının rolu

  • "Collab-CNCI", Yeni Birgə Tədqiqat İndikatoru (InCites)

Vebinarda iştirak üçün linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz.

Tarix: 20.02.2025, saat 11:00.

Təlimçi: “Clarivate” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi İltifat İbrahimov.

Vebinar iştirakçılarına sertifikat təqdim olunacaq.