Britaniya yeniyetmələr arasında sosial media qadağasını test edəcək

7 Aprel, 2026 - 12:18
Britaniya yeniyetmələr arasında sosial media qadağasını test edəcək

Böyük Britaniyada yüzlərlə yeniyetmənin yaşadığı evdə sosial media qadağası, "rəqəmsal komendant saatları"nın tətbiqi sınaqdan keçiriləcək.

“Azərbaycan müəllimi” xəbər verir ki, Böyük Britaniya hökuməti tərəfindən aparılan testdə 300 yeniyetmə iştirak edəcək. Onlaın sosial tətbiqləri bir gecəlik bloklanacaq və ya bir saatlıq istifadə ilə məhdudlaşdırılacaq, bəzilərində isə heç bir dəyişiklik olmayacaq.

Böyük Britaniyanın elm, innovasiya və texnologiya katibi Liz Kendall bildirib ki, bu pilot layihə onlara növbəti addımları atmaq üçün lazım olan dəlilləri verəcək.

Sınaqda iştirak edən uşaq və valideynlər pilot sxemin təsirini qiymətləndirmək üçün müsahibədən də keçiriləcəklər.

Bu arada, hökumətin uşaqlar üçün sosial medianın qadağan edilməsi ilə bağlı məsləhətləşmələri mayın 26-na qədər davam edəcək.

Qeyd olunur  ki, belə bir addım geniş siyasi dəstəyə malikdir. Fransa, İspaniya və İndoneziya da daxil olmaqla, ölkələr Avstriyanın qadağasını təqlid etməyi düşünürlər.