BSU bu regiondan olan tələbələrinə xüsusi təqaüd verəcək

25 İyul, 2025 - 14:57
BSU bu regiondan olan tələbələrinə xüsusi təqaüd verəcək
BSU bu regiondan olan tələbələrinə xüsusi təqaüd verəcək

2025-2026-cı tədris ilindən etibarən Bakı Slavyan Universitetində (BSU) ali təhsilin bakalavriat səviyyəsi üzrə "Yeni dövrün gəncliyi" adlı yeni daxili təqaüd proqramına start verilir.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, BSU-nun rektoru 2024–2025-ci tədris ili ərzində “Yeni dövrün Azərbaycanı” mövzusunda Bakı şəhəri Suraxanı və Abşeron rayonlarında, Naxçıvan şəhəri, eləcə də Sədərək və Quba rayonlarında məktəblilərlə bir sıra regional görüşlər keçirib. Təqaüd həmin bölgələrdə yerləşən Regional Təhsil İdarələrinin tabeliyində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərdən BSU-ya qəbul olan məzunlara şamil olunur. Üstünlük qeyd olunan görüşlərdə iştirak etmiş şəxslərə veriləcək.

Daxili təqaüd proqramı 200 manat olmaqla, 500-dən yuxarı bal toplayan tələbələr üçün nəzərdə tutulub.