BSU-da tədrisin idarə edilməsi tamamilə elektronlaşdırılacaq

15 Aprel, 2025 - 13:40
BSU-da tədrisin idarə edilməsi tamamilə elektronlaşdırılacaq
BSU-da tədrisin idarə edilməsi tamamilə elektronlaşdırılacaq

“Növbəti tədris ilindən başlayaraq Bakı Slavyan Universitetinin bütün fakültələrində təlim-tədris və öyrənmə proseslərinin elektron resurslar vasitəsilə rəqəmsal əsasda idarə olunması nəzərdə tutulur”.

Bu fikirləri “Azərbaycan müəllimi”nə müsahibəsində BSU-nun rektoru Anar Nağıyev deyib. 

O bildirib ki, bu məqsədlə artıq bir neçə modul üzrə fəaliyyət yekunlaşıb və bir fakültədə pilot layihə olaraq uğurla həyata keçirilib:

“Artıq sentyabra qədər digər fakültələrdə də pilot mərhələlərin keçirilməsi, sentyabrdan isə bütün fakültələrimizdə qiymətləndirmənin elektron jurnallar əsasında aparılması və ümumilikdə təlim-tədris və öyrənmə proseslərinin elektron resurslar vasitəsilə rəqəmsal əsasda idarə olunması nəzərdə tutulur”.