BSU-da ustad dərsi keçirilib

19 May, 2025 - 17:09
BSU-da ustad dərsi keçirilib
BSU-da ustad dərsi keçirilib
BSU-da ustad dərsi keçirilib
BSU-da ustad dərsi keçirilib
BSU-da ustad dərsi keçirilib
BSU-da ustad dərsi keçirilib
BSU-da ustad dərsi keçirilib
BSU-da ustad dərsi keçirilib
BSU-da ustad dərsi keçirilib
BSU-da ustad dərsi keçirilib

Mayın 17-də Bakı Slavyan Universiteti, (BSU) Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin və “T-Network” platformasının birgə təşkilatçılığı ilə BSU-nun Kitabxana Resurs İnformasiya Kompleksində (KRİK) Türkiyənin İstanbul Aydın Universitetinin professoru, təcrübəli pedaqoq Belma Tuğrul tərəfindən ustad dərsi keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev layihənin əsas məqsədi və əhəmiyyəti barədə məlumat verib. Rektor bildirib ki, “Ustad dərsi” formatı tələbələrin nəzəri biliklərini praktiki bacarıqlarla birləşdirməsinə imkan yaradır, onları beynəlxalq təcrübə ilə tanış edir və gələcək peşə fəaliyyətlərinə hazırlıq baxımından mühüm rol oynayır.

Tədbirdə çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə komitə tərəfindən həyata keçirilən layihələr və qarşıda duran vəzifələr barədə iştirakçılara məlumat verib.

“T-Network” platformasının rəhbəri Cəfər Mənsimli isə “Ustad dərsi” layihəsinin məqsədi və mahiyyəti barədə ətraflı məlumat təqdim edib.

Sonda Belma Tuğrul “Sinifdə gələcək. Gələcəkdə sinif” mövzusunda geniş və interaktiv təqdimatla çıxış edib.