BSU “Elmi əsərlər” jurnalının yubiley nömrəsi üçün məqalə qəbulu elan edir

27 Avqust, 2025 - 09:18
BSU “Elmi əsərlər” jurnalının yubiley nömrəsi üçün məqalə qəbulu elan edir

Bakı Slavyan Universiteti (BSU) “Elmi əsərlər” jurnalının fəaliyyətə başlamasının 70 illik yubileyinə həsr olunmuş buraxılışları (İctimai elmlər seriyası; Dil və ədəbiyyat seriyası) üçün məqalələrin qəbulunu elan edir. 

Bu barədə “Azərbaycan müəllimi”nə BSU-dan məlumat verilib.

Bildirilib ki, bu yubiley buraxılışı həm universitet, həm də Azərbaycan elmi üçün əhəmiyyətli bir tarixdir. Jurnalın tarixi 1955-ci ildən başlayır. “Elmi əsərlər” jurnalı “Dil və ədəbiyyat”, “İctimai və siyasi elmlər” seriyaları ilə ildə iki dəfə nəşr olunur. 

⬇️Məqalələr üçün tələblər: 

− Məqalələr Azərbaycan, rus, türk və ingilis dillərində yazıla bilər. 

− Bütün məqalələrin Azərbaycan, ingilis və rus dillərində 250-300 sözdən ibarət xülasələrinin olması zəruridir. 

− Məqalələrdə müəllifin adı və soyadı, elmi dərəcəsi, elmi adı, təmsil etdiyi müəssisə, tutduğu vəzifə, elektron poçt ünvanı, ORCİD İD ünvanı mütləq qeyd edilməldir. 

− Məqalələrin həcmi 8–15 səhifə (Times New Roman, ölçü: 12, sətirlərarası interval: 1,5) olmalıdır.

− Ədəbiyyat siyahısı və istinadlar Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının dissertasiyalar üçün müəyyənləşdirdiyi tələblərə uyğun şəkildə tərtib edilməldir.  

Məqalələrinizi elektron formatda science.journal@bsu-uni.edu.az elektron poçt ünvanına göndərə bilərsiniz.

Məqalələrin göndərilməsi üçün son tarix: 30.09.2025

BSU “Elmi əsərlər” jurnalının yubiley nömrəsi üçün məqalə qəbulu elan edir
BSU “Elmi əsərlər” jurnalının yubiley nömrəsi üçün məqalə qəbulu elan edir