BSU ilə Albaniya Elmlər Akademiyası arasında əməkdaşlıq imkanları müzakirə edilib
İyunun 23-də Bakı Slavyan Universitetində Albaniya Respublikasının Elmlər Akademiyasının prezidenti, akademik Skender Gjinushinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə BSU-nun rektoru Anar Nağıyev arasında görüş keçirilib.
Bu barədə "Azərbaycan müəllimi"nə BSU-dan məlumat verilib.
Bildirilib ki, görüş çərçivəsində iki qurum arasında əməkdaşlığın mövcud vəziyyəti dəyərləndirilib, həyata keçirilən fəaliyyətlər nəzərdən keçirilib və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.




