BSU-nun kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev, universitetin əməkdaşları və tələbələri 20 Yanvar–Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.
"Azərbaycan müəllimi" xəbər verir ki, ziyarət zamanı BSU-nun rəhbərliyi, əməkdaşları və tələbələri Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsini dərin ehtiramla yad edib, məzarları önünə gül dəstələri düzüblər.



