Bu bağçaya elektron qeydiyyat BAŞLADI
Paytaxtın Nərimanov rayonunda əsaslı təmir olunmuş 101 nömrəli körpələr evi-uşaq bağçasına elektron qeydiyyat (www.bq.edu.az) başlayıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, Elm və Təhsil Nazirliyi tərəfindən aparılan əsaslı təmir və yenidənqurma işləri nəticəsində müəssisə müasir tələblərə uyğun şəkildə tam hazır vəziyyətə gətirilib.
Müəssisə məktəbəqədər təhsil sahəsində müəyyən olunmuş normativ tələblərə uyğun olaraq uşaqların hərtərəfli inkişafı, təlim-tərbiyəsinin təşkili üçün zəruri maddi-texniki baza və şəraitlə təmin edilib.
Qeyd edək ki, birtipli layihə əsasında inşa edilmiş bağça 75 yer tutumuna malikdir. Məktəbəqədər təhsil müəssisəsində hazırda 2-3, 3-4 və 4-5 yaş qrupları üzrə təlim-tərbiyə prosesinin təşkili nəzərdə tutulur. Müəssisədə 15 nəfərdən ibarət işçi heyəti fəaliyyət göstərir.
Valideynlər uşaqlarını bağçaya yerləşdirmək üçün www.bq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.
-
İlahəSalam mən iş elanı üçün yazıram təhsilim ortadi Şəki şəhərində yaşayıram baxçada tərbiyəçi olaraq çalışmaq istərəm işim 10il musiqi məktəbində musiqi müəlliməsi kimi işləmişəm sadəcə ixtisarlaşmada işimə xitam verilib belə bir iş olsa çox məmnun olardım9 gün əvvəlCavablaLike (0) -
Nərimanova ElzaBağça müəllimi vəzifəsi üçün müraciət edirəm4 ay əvvəlCavablaLike (0) -
Nərimanova ElzaYoxdur4 ay əvvəlCavablaLike (0)



