Bu il Ayda ilk data mərkəzi yaradılacaq

30 Yanvar, 2025 - 17:40
Bu il Ayda ilk data mərkəzi yaradılacaq
Bu il Ayda ilk data mərkəzi yaradılacaq

Kosmik sənaye özəl şirkətlərin vəsaitlərini və resurslarını cəlb edərək sürətli inkişaf dövründədir. 

“Azərbaycan müəllimi” xəbər verir ki, Floridada yerləşən “Lonestar Data Holdings” startapı Ayda ilk data mərkəzi olan “Freedom Data Center”in işə salındığını elan edib. 

Data mərkəzinin avadanlıqları fevralda Aya çatdırılacaq. O, “SpaceX Falcon 9” raketinin bir hissəsi olacaq. Təbii soyutma istifadəsi səbəbindən də ekoloji cəhətdən daha təmizdir.

“Lonestar” artıq Florida hökuməti, Men adası, süni intellekt tərtibatçısı “Valkyrie” və “Imagine Dragons” musiqi qrupu ilə müqavilələr imzalayıb. Kosmik məlumatların saxlanması 2024-cü ildə Beynəlxalq Kosmik Stansiyada sınaqdan keçirilib. 

Ayda data mərkəzinin yerləşdirilməsi ağır şərtlər, texniki xidmətlə bağlı çətinliklər və çox bahalı olması səbəbindən son dərəcə çətin işdir. “Lumen Orbit” daxil olmaqla bir çox rəqib şirkətlər Ayda data mərkəzlərinin qurulmasına maraq göstərir.