Bu il Qarabağda əlavə peşə təhsili müəssisələrinin layihələndirmə işlərinə başlanılacaq

13 Yanvar, 2025 - 16:48
Bu il Qarabağda əlavə peşə təhsili müəssisələrinin layihələndirmə işlərinə başlanılacaq
Bu il Qarabağda əlavə peşə təhsili müəssisələrinin layihələndirmə işlərinə başlanılacaq

Bölgələrdə müasir tələblərə cavab verən peşə infrastrukturunun qurulması diqqətdədir. Son 10 ildə Bakı, Gəncə, Bərdə, Qəbələ, İsmayıllı, Cəlilabad, Füzuli və Lənkəran şəhərlərində yeni və müasir peşə təhsil müəssisələri qurulub. Bu müəssisələrdə ağıllı istixanalar, ferma, təcrübə hotelləri, həmçinin təmir emalatxanaları kimi müasir infrastruktur təmin edilib.

Bunu "Azərbaycan müəllimi"nə müsahibəsində elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.

Nazir müavini bildirib ki, Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə peşə təhsil müəssisələri qurulmaqdadır, o cümlədən doğma yurdlarına qayıdanlar qısamüddətli və ixtisasartırma təlimlərinə cəlb olunacaqlar:

"Hazırda Şuşa Dövlət Peşə Təhsil Mərkəzində və Füzulidə Peşə Təhsil Mərkəzində tikinti-quraşdırma işləri davam etdirilir. Bu il həm də əlavə peşə təhsili müəssisələrinin layihələndirmə işlərinə başlanılacaq".