Bu il Şuşada peşə məktəbinin təmirinə başlanılacaq

14 Yanvar, 2025 - 10:38
Bu il Şuşada peşə məktəbinin təmirinə başlanılacaq
Bu il Şuşada peşə məktəbinin təmirinə başlanılacaq

“İşgaldan azad edilmiş ərazilərdə peşə təhsilinin bərpası və inkişafı istiqamətində də konkret tədbirlər həyata keçirilir. Hazırda Füzuli şəhərində peşə təhsili müəssisələri inşa olunur”. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu bu gün “Tikinti sektoru üzrə kadr hazırlığında dövlət-özəl tərəfdaşlığının rolu" mövzusunda keçirilən müzakirədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.

O bildirib ki, bu il Şuşada peşə təhsil müəssisələrinin yenidən qurulması və əsaslı təmir işlərinə başlanacaq.