Bu məzunlardan dil sertifikatı tələb edilməyəcək
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində bakalavr təhsili almaq istəyən bəzi təhsil müəssisələrinin məzunları dil biliyi sertifikatı tələbindən azaddırlar.
“Azərbaycan müəllimi” xəbər verir ki, namizəd beynəlxalq təhsil proqramları (IB Diploma Programme, Advanced Level of General Certificate of Education, Advanced Placement) üzrə müəyyən edilmiş keçid ballarının minimum və maksimum hədləri aralığında nəticəyə malikdirsə, ondan dil biliyi sertifikatı tələb edilmir.
Qeyd edək ki, müvafiq qaydalara əsasən, namizədin təhsil alacağı və ya aldığı xarici ali təhsil müəssisəsinin tədris dilini dillər üzrə ümumavropa çərçivə sənədinə (The Common European Framework of Reference for Languages – CEFR) uyğun olaraq ən azı C1 səviyyəsində bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatına (ALP, DUOLİNGO, CILS, DELE, DELF, HSK, IELTS, JLPT, TestDAF, TOEFL, TOPIK, TÖMƏR) malik olması vacibdir. Əgər namizəd beynəlxalq təhsil proqramları (IB Diploma Programme, Advanced Level of General Certificate of Education, Advanced Placement) üzrə müəyyən edilmiş keçid ballarının minimum və maksimum hədləri aralığında nəticəyə malikdirsə, dil biliyi sertifikatı tələbindən azad olur.



