Bu peşə təhsil mərkəzinə yeni direktor təyin edilib

13 Oktyabr, 2026 - 09:14
Bu peşə təhsil mərkəzinə yeni direktor təyin edilib

Şaban Cəərçiyev Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsin direktoru vəzifəsinə təyin edilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.

Şaban Cəərçiyev 2008-ci ildə Azərbaycan Texniki Universitetində “Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması”, 2018-ci ildə isə Naxçıvan Dövlət Universitetində “Hüquqşünaslıq” ixtisasları üzrə bakalavriat təhsilini başa vurub.

Əmək fəaliyyətinə 2016-cı ildə “Məktəblinin dostu” layihəsinin koordinatoru kimi başlayan Şaban Cəərçiyev 2021-ci ildə Bakı Kompüter Peşə Liseyinin direktoru vəzifəsinə təyin edilib, 2023-cü ildə struktur dəyişikliyi ilə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsinə keçirilib. 2024-cü ildən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsində çalışıb.

12 oktyabr 2026-cı il tarixindən Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsin direktoru vəzifəsinə təyin edilib.