Bu təbiət hadisəsi həm qorxuducu, həm də valehedicidir! 

6 Fevral, 2025 - 23:00
Bu təbiət hadisəsi həm qorxuducu, həm də valehedicidir! 

Vulkan püskürəndə yalnız kül və qazlar deyil, həm də müxtəlif qayalar və lava parçaları havaya sovrulur. Bu qaya parçalarından bəziləri isə xüsusi bir forma alır ki, alimlər onları “lava bombaları” adlandırırlar.

Vulkan püskürməsi zamanı yerin dərinliklərindən gələn ərimiş qaya – maqma yer səthinə çıxır və lava adlanır. Lava yerin dərinliklərindən havaya atıldıqda sürətlə soyumağa başlayır. Havada hərəkət etdikcə bu ərimiş qaya kütlələri bərkiyərək lava bombalarına çevrilir. Bəzi lava bombalarının içində bərk qaya nüvəsi olur, digərləri isə qaz qabarcıqları ilə dolu olur. Hətta tamamilə ərimiş və homogen qalan lava bombalarına da rast gəlinir.Build a wall! From prayers to bombs, Hawaii's history with lava | Daily  Sabah

Geoloqlar onları “lava bombası” adlandırmaq üçün ən azı 6.4 santimetr (2.5 düym) enində və yumru formada olmasını əsas götürürlər. Həmçinin onların formaları fərqli ola bilər: bəziləri basketbol topu kimi tamamilə yuvarlaq, digərləri amerikan futbolu topu kimi uzunsov olur, bəzi hallarda isə lava ip kimi uzanaraq lentvari lava bombaları yaradır.

Bəzi lava bombaları o qədər böyükdür ki, onların ölçüsü insanı heyrətləndirir. İndiyə qədər qeydə alınan ən böyük lava bombası 6 metr (20 fut) enində olub. Lavabomb

Müşahidələr göstərir ki, lava bombaları 10 saniyə ərzində havada qala bilər. Bu müddət ərzində onların xarici səthi soyuyub bərkiyir. Kiçik lava bombaları tamamilə soyuyaraq yerə düşə bilər. Ancaq böyük olanlar içəridən hələ də isti və yumşaq qaldığı üçün yerə düşəndə çatlayır, bəziləri isə yerə düşərkən sıçrayıb yayılır və yastı lava təbəqəsinə çevrilir.Red-Hot 'Lava Bomb' Careening Down Volcanic Slope Looks Like It Came  Straight From Hell

Əksər lava bombaları vulkanın 5 kilometr radiusunda yerə düşür. Lakin bəzən 10 kilometr məsafəyə qədər yayıla bilər.

Vulkan püskürmələri bir çox təhlükələr yaratsa da, tədqiqatçılar lava bombalarını insanların həyatı üçün ən təhlükəli faktor hesab edirlər. Çünki onlar yüksək sürətlə hərəkət edərək insanlara və infrastruktura ciddi ziyan vura bilər.

Mənbə: www.snexplores.org

Bu təbiət hadisəsi həm qorxuducu, həm də valehedicidir! 
Bu təbiət hadisəsi həm qorxuducu, həm də valehedicidir!