Bu universitet 345 vakansiya elan etdi

17 May, 2025 - 14:34
Bu universitet 345 vakansiya elan etdi
Bu universitet 345 vakansiya elan etdi

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) elm və təhsildə müasir tələblərə cavab verən, innovativ düşüncəli və yüksək ixtisaslı kadrların pedaqoji və elmi fəaliyyətə cəlb olunması məqsədilə vakant professor-müəllim vəzifələri üzrə müddətli əmək müqaviləsi əsasında işə qəbul elan edir. 

Bu barədə “Azərbaycan müəllimi”nə ADNSU-dan məlumat verilib. 

Belə ki, müvafiq vakant vəzifələr aşağıdakılardır:Sıra №KafedraVakant vəzifəProfessorDosentMüəllim1Sənayenin iqtisadiyyatı kafedrası1482Menecment kafedrası-453Xarici dillər kafedrası-1374Elektronika və avtomatika kafedrası212165Kompüter mühəndisliyi kafedrası-15236Cihaz mühəndisliyi kafedrası-3107Ümumi və tətbiqi riyaziyyat kafedrası5958Elektroenergetika kafedrası-369Elektromexanika kafedrası-5510Enerji istehsalı texnologiyaları kafedrası-6211Fizika kafedrası-10-12Sənaye maşınları kafedrası141213Materialşünaslıq və emal texnologiyaları kafedrası-3414Mexanika kafedrası-2315Kimya və qeyri-kimya maddələrinin texnologiyası kafedrası11216Üzvi maddələr və yüksək molekullu birləşmələrin texnologiyası kafedrası381017Neft-kimya texnologiyası və sənaye ekologiyası kafedrası16818Humanitar fənnlər kafedrası-4919Neftin, qazın nəqli və saxlanması kafedrası-6720Neft-qaz mühəndisliyi kafedrası-161021Sənaye təhlükəsizliyi və əmək mühafizəsi kafedrası-3822Neft-qaz geologiyası kafedrası-4223Geofizika kafedrası12124Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi kafedrası-24Elan edilən vakant vəzifələrin cəmi15133197

Tələblər:

  • Elmi-pedaqoji və ya istehsalat təcrübəsinə, (müəllim üçün minimum magistr təhsilli) müvafiq elmi ad və dərəcələrə malik olan şəxslər müraciət edə bilər;

  • Pedaqoji qabiliyyət;

  • Tədrisin təşkili üzrə bacarıqlar;

  • Tədris texnologiyalarından istifadə bacarığı;

  • Akademik səviyyədə tədris dilini (azərbaycan, rus və ya ingilis dili) bilmək;

  • Yüksək peşə-ixtisas təcrübəsi;

  • Vəzifənin etik davranış qaydalarına sadiqlik.

Müraciət edən namizədlərdən aşağıdakı sənədlər tələb olunur:

  • Akademik CV - (yüklə)

  • Diplomların notariat qaydasında təsdiq olunmuş surəti.

Müraciət tarixləri:

16 may 2025-ci il tarixindən 16 iyun 2025-ci il tarixinədək.

Əlaqə telefonu: +994515163042
 

CV-lərinizi mövzu hissəsinə müraciət etdiyiniz vakansiyanın adını (sahənin adını) qeyd etməklə hr.academic@asoiu.edu.az ünvanına göndərməyiniz tələb olunur.

Qeyd edək ki, yalnız müvafiq tələblərə uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunacaq.