Bu universitetlərdə magistraturaya qəbul planı azaldılıb – SİYAHI
Bu il magistraturaya qəbul üzrə plan yerlərinin sayında artım olsa da, bəzi universitetlərdə plan yeri azaldılıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında qeyd olunub.
Plan yerləri azaldılan müəssisələr aşağıdakılardır:
Azərbaycan Dövlət İqtisad Universiteti (-24);
Azərbaycan Dillər Universiteti (-122);
Azərbaycan Turizm və Menecment Universiteti (-55);
Naxçıvan Müəllimlər İnstitutu (-30);
Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri) (-42);
Azərbaycan Texnologiya Universiteti (Gəncə şəhəri) (-58);
Mingəçevir Dövlət Universiteti (-8);
Lənkəran Dövlət Universiteti (-100);
Azərbaycan Kooperasiya Universiteti (-60);
Azərbaycan Universiteti (-10);
Bakı Avrasiya Universiteti (-21);
Bakı Qızlar Universiteti (-50);
Odlar Yurdu Universiteti (-3);
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası (-13).




