Bugünkü imtahanların nəticələri 2 həftədən sonra açıqlanacaq
Bugünkü qəbul imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 2 həftədən sonra elan olunması nəzərdə tutulur.
Dövlət İmtahan Mərkəzindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, bu gündən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.
Qeyd edək ki, bu gün Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları, o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə qəbul imtahanı keçirib.
İmtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı, Quba və Xaçmazda təşkil olunub.
İmtahanda 45679 abituriyentin iştirakı nəzərdə tutulurdu.
İmtahanda 53 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib.



