Buraxılış imtahanlarının nəticələri bu tarixdə açıqlanacaq
“XI siniflər üçün martın 9-da keçirilmiş buraxılış imtahanlarının nəticələri aprelin 25-dən sonra açıqlanacaq”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında səsləndirib.
“Bununla bağlı statistik məlumatları ictimaiyyətlə bölüşməyi nəzərdə tuturuq”, - deyə o qeyd edib.



