Çağrı Mərkəzi daha bir region üzrə vətəndaşların sorğularını cavablandıracaq
Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi (146) daha bir region üzrə vətəndaşların sorğularını cavablandıracaq.
Vətəndaşlar 146 – 0 – 12 nömrəsi ilə əlaqə yaratmaqla Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı sorğu və şikayətlərinə cavab ala bilərlər.


