Cavid Abdullayev: Bərpa olunan enerji üzrə kadrlara ciddi ehtiyac yaranacaq
“Bərpa olunan enerji sahəsində həm elmi, həm də texnoloji baxımdan qabaqcıl və gələcəyə hesablanmış yanaşmalar tətbiq olunur. Bu sahənin inkişafında təşəbbüskar mütəxəssislər mühüm rol oynayırlar”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Bərpa Olunan Enerji Qurğu və Avadanlıqlarının İstismarı üzrə Mükəmməllik Mərkəzi və emalatxanalarının açılış mərasimində çıxışı zamanı deyib.
Direktor bildirib ki, bu yanaşma gələcək fəaliyyətin əsas sütunlarından birini təşkil edəcək. Azərbaycan yaxın illərdə ixtisaslı kadrlara ciddi ehtiyac yaranacaq. yaxın illərdə ixtisaslı kadrlara ciddi ehtiyac yaranacaq. Bu baxımdan yerli mütəxəssislərin hazırlanması strateji əhəmiyyət kəsb edir: “Hazırda bir neçə enerji stansiyasının tikintisi aparılır və bu prosesin sosial-iqtisadi təsirləri diqqət mərkəzindədir. Laboratoriyada həyata keçirilən işlər bu geniş rezonansın əsas elementləridir. Bu uğurların davamlılığı üçün isə xüsusilə peşə təhsili sahəsində kifayət qədər mütəxəssis hazırlanmalıdır. Bu imkan verəcək ki, konseptual dönüş modellərinə keçid baş tutsun və ölkə iqtisadiyyatında ciddi dəyişikliklər yaransın”.



