Cəbrayıl məktəbində bir dərs günü - Fotolar
İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində təhsil infrastrukturunun yenidən formalaşdırılması prioritet istiqamətlərdəndir. Burada müasir məktəblərin inşası və fəaliyyəti davamlı inkişaf baxımından xüsusi əhəmiyyət daşıyır.
Belə müəssisələrdən biri də Cəbrayıl şəhərinin Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbidir.
Məktəb 2024-cü ilin oktyabrında fəaliyyətə başlayıb. 960 şagird yerlik olan təhsil ocağında hazırda 334 şagird təhsil alır, 29 nəfər müəllim çalışır.
“Azərbaycan müəllimi” həmin məktəbin fəaliyyətini bu dəfə sözlərlə deyil, yalnız fotolarla təqdim edir.



