Elçin Yusubov: Xankəndidə 3 mindən çox tələbə təhsil alır

11 Sentyabr, 2026 - 14:23
Elçin Yusubov: Xankəndidə 3 mindən çox tələbə təhsil alır

Hazırda Xankəndidə 3 mindən çox tələbə təhsil alır.

"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov sentyabrın 11-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Xankəndiyə səfəri zamanı deyib.

O bildirib ki, tələbələr şəhər əhalisinin 10 faizindən çoxunu təşkil edir. Elçin Yusubov qeyd edib ki, Xankəndidə yeni binalar və parklar inşa olunur, müxtəlif infrastruktur layihələri həyata keçirilir, keçmiş məcburi köçkünlərin şəhərə qayıdışı prosesi davam etdirilir.