Cəlilabadda "Eko mühəndislik dərnəyi" adlı layihə icra olunur

27 Noyabr, 2024 - 10:51

Cəlilabad rayonunda "Eko mühəndislik dərnəyi" adlı layihə icra olunur.

“Azərbaycan müəllimi” xəbər verir ki, layihə çərçivəsində Cəlilabad rayonu məktəblərindən seçilmiş 25 şagird 2 modul üzrə təlimlərdə iştirak edəcək, yaşıllıq ərazi salınacaq, ərazinin suvarma və dərmanlama işləri aparılacaq, təkrar emal üçün tullantıların yığılması təşkil ediləcək, tullantılardan hazırlayacaqları qurğuların maketlərində istifadə edəcək, ağıllı zibil qabları hazırlanacaq. 

Şagirdlər layihənin icra müddətində Lənkəran STEAM mərkəzinə, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə, əkin sahələrinə ekskursiyalar edəcək, təlimin sonunda əl işlərindən ibarət sərgi nümayiş etdirəcəklər.

Xatırladırıq ki, "Eko mühəndislik dərnəyi" adlı layihə Ülkər Abbasova tərəfindən həyata keçirilir.

Layihənin məqsədi Cəlilabad məktəblilərini elmi-texniki innovativ istiqamətlərdə fəaliyyətlərə cəlb etməklə kənd təssərrüfatında, yaşıllaşdırmada, təkrar emalda aktual olan yeni texnologiyaların dizaynını verməsi, kənd təssərrüfatı ehtiyaclarına uyğun tətbiq etməsi, bununla da peşə yönümülü mühəndis-dizayn, rəqəmsal və əməkdaşlıq bacarıqlarını inkişaf etdirməsinə nail olmaqdır.