Cəlilabadın güləşçi məktəblisi gümüş medal qazandı

21 İyun, 2025 - 12:38
Cəlilabadın güləşçi məktəblisi gümüş medal qazandı
Cəlilabadın güləşçi məktəblisi gümüş medal qazandı
Cəlilabadın güləşçi məktəblisi gümüş medal qazandı

Abşeron Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə IV beynəlxalq çempion kəməri turniri keçirilib. 

Lənkəran–Astara Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, turnirdə Cəlilabad rayon Uşaq-gənclər idman-şahmat məktəbinin yetirməsi Hasil Elnur oğlu Bədirli (27 kq) gümüş medalın sahibi olub.

Xatırladaq ki, may ayında “Təhsil” Respublika İdman Mərkəzinin sərbəst güləş idman növü üzrə keçirdiyi respublika birinciliyində H.Bədirli qızıl medal qazanıb.