Cəlilabadlı boksçu Beynəlxalq turnirdə bürünc medal qazanıb
24-28 sentyabr 2026-cı il tarixlərində Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Bölgəsində "İdman Lotereyası Kuboku" (“Sports Lottery Cup”) keçirilib.
"Azərbaycan müəllimi"nə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsindən verilən məlumata görə, Çin–Sincan Beynəlxalq Gənclər Boks turnirində Cəlilabad Uşaq-Gənclər İdman Məktəbinin boks bölməsinin yetirməsi Əli Bağışov bürünc medal qazanıb.
60 kq çəki dərəcəsində mübarizə aparan idmançının məşqçisi UGİM-in müəllimi Nicat Quliyevdir.




