Ceyhun Kərəmov: 100-dən çox peşə təhsili müəllimi Türkiyədə təcrübə keçib
“Son 3 il ərzində 100-dən çox peşə təhsili müəllimi Türkiyədə təşkil olunan təcrübə proqramlarına qatılıb”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov “Azərbaycan və Türkiyənin peşə təhsili sistemlərinin qarşılıqlı təcrübə mübadiləsi” mövzusunda keçirilən görüşdə çıxışı zamanı deyib.
O qeyd edib ki, hazırda Azərbaycan və Türkiyə arasında ortaq peşə təhsili müəssisəsinin yaradılması istiqamətində danışıqlar aparılır: “Məqsəd hər iki ölkənin inkişafına xidmət edən sənayenin qurulması, güclü iqtisadiyyat və qardaşlıq əlaqələri çərçivəsində yüksəkixtisaslı kadr potensialının formalaşdırılmasıdır. Bu hədəflərə çatmaq üçün möhkəm zəmin mövcuddur”.


