Ceyranbatanda dərs zamanı bir neçə şagirdin halı pisləşib

29 Oktyabr, 2026 - 17:24
Ceyranbatanda dərs zamanı bir neçə şagirdin halı pisləşib

Oktyabrın 29-da Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta ümumtəhsil məktəbində bir neçə şagird dərs prosesi zamanı özünü pis hiss edib.

Məktəbdən “Azərbaycan müəllimi” bildirilib ki, məsələ məktəb rəhbərliyi tərəfindən dərhal nəzarətə götürülüb və təcili yardım xidmətinə məlumat verilib. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır.

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, oktyabrın 29-u saat 15:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbindən çağırış qeydə alınıb: “Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfərə yerində yardım olunub”.