Ciddi nöqsanlar aşkarlanan bağçanın müdirinə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib
Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçası ilə bağlı səsləndirilən iddialar barəsində Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.
Regional İdarədən "Azərbaycan müəllimi"nə bildirilib ki, məktəbəqədər təhsil müəssisəsinin 2024-cü il ərzində olan fəaliyyəti yoxlanılıb və ciddi nöqsanlar aşkar edilib.
Əmək müqaviləsi üzrə vəzifə funksiyalarını keyfiyyətsiz şəkildə icra etdiyinə və səlahiyyətlərindən sui-istifadə etdiyinə görə Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasının müdirinə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.


