Çin Ayın səthində bayraq dalğalandıracaq

22 Yanvar, 2025 - 23:10
Çin Ayın səthində bayraq dalğalandıracaq
Çin Ayın səthində bayraq dalğalandıracaq

Çin təxminən 2026-cı ildə Ayın kəşfiyyatının dördüncü mərhələsi çərçivəsində Yerin peykinə “Chang'e-7” robot stansiyası göndərməyi planlaşdırır. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu hadisə üçün Dərin Kosmik Tədqiqatlar Laboratoriyası kiçik bir hədiyyə - atmosfer olmadan da hərəkət edə bilən bayraq hazırlayıb. "Biz bilirik ki, Ay hava olmayan bir vakuumdur, buna görə də bayrağın Yerdəki kimi küləkdə dalğalanması çətindir", - deyə laboratoriyadan bildirilib.

Lakin bu problem alimləri dayandırmayıb, buna görə də həll yolu tez tapıldı - bayrağın dalğalanması ikitərəfli müsbət və mənfi cərəyana çıxışı olan qapalı naqillərin səthində düzülüşə əsaslanacaq.

Beləliklə, elektromaqnit sahələrinin qarşılıqlı təsiri kətanı küləkdə olduğu kimi hərəkət etdirəcək.

Yeri gəlmişkən, hazırda Çin alimləri daha bir neçə Ay missiyası hazırlayırlar. 2035-ci ilə qədər peykin cənub qütbündə insanların qısa müddət ərzində orada olmasına imkan yaradan Beynəlxalq Tədqiqat Stansiyası yerləşdiriləcək.