Çin və Avropa Günəş küləyini araşdırmaq üçün birgə peyk buraxıb
Çin və Avropa alimlərinin birgə hazırladığı “SMILE” peyki Fransız Qvianasındakı kosmodromdan uğurla orbitə buraxılıb.
"Azərbaycan müəllimi" xarici KİV-ə istinadən xəbər verir ki, layihə Günəşdən gələn yüksək sürətli plazma axınlarının – Günəş küləyinin Yer kürəsinin maqnit sahəsinə təsirini araşdırmaq məqsədi daşıyır. Alimlər bildirirlər ki, bu hadisələr geomaqnit fırtınalarına səbəb olaraq peyklərə, rabitə sistemlərinə və enerji şəbəkələrinə təhlükə yarada bilər.
Peyk Yer ətrafındakı maqnit sahəsini və kosmik hava dəyişikliklərini izləmək üçün dörd elmi cihazla təchiz olunub. Missiyanın əsas məqsədi kosmik hava proqnozlarını daha dəqiq etmək və Yerə yaxın kosmosda təhlükəsizliyi artırmaqdır.
“SMILE” Çinin Elmlər Akademiyası ilə Avropa Kosmik Agentliyinin ilk böyük birgə kosmik elmi missiyası hesab olunur.



