“Code for Future” layihəsinin 7000-dən çox məzunu olub
Fəaliyyətə başladığı ilk gündən etibarən “Code for Future” layihəsi əhəmiyyətli nəticələr əldə etmişdir.
Elm və Təhsil Nazirliyindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, proqram çərçivəsində 7000-dən çox tələbə uğurla məzun olaraq, öz ixtisas sahələri üzrə dərin texniki biliklərini təsdiq edən sertifikatlarla təmin edilmişdir.
Layihənin effektivliyini və əlçatanlığını təmin etmək məqsədilə ölkənin nüfuzlu universitetləri (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Milli Aviasiya Akademiyası) ilə genişmiqyaslı əməkdaşlıq qurulmuşdur. Bu akademik şəbəkə layihənin müxtəlif ixtisaslar üzrə təhsil alan minlərlə tələbəyə çatmasına imkan yaradır. “Code for future” proqramı çərçivəsində IT sahələri üzrə praktiki modullar universitetlərin tədris prosesinə inteqrasiya olunub.



