Dərsliklərə yeni mövzuların əlavə edilməsi kurikulumdan asılıdır – Zaur İsayev
“Hansı mövzudan sonra hansı mövzunun verilməsi, nə üçün bu mövzunun filan sinifdə verilməsi — bütün bunlar kifayət qədər dərindən düşünülmüş bir konseptualdır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsil İnstitutunun Tədris Resursları Mərkəzinin direktoru, riyaziyyat dərsliklərinin layihə rəhbəri, həmmüəllif Zaur İsayev “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində “Dərsliklərin məzmunu” mövzusunda təlim-müzakirə sessiyasında söyləyib.
Z.İsayev qeyd edib ki, müxtəlif mövzuların siniflər üzrə dərsliklərə əlavə edilməsi kurikulumdan asılıdır: “Bu, müəllifin qərarı deyil. Müəllif təsdiqlənmiş fənn kurikulumlarına əsaslanır.
Dərslikləri hazırlayıb ortaya çıxarmaq müəllifin işidir. Onu şagirdə çatdırmaq isə artıq müəllimlərin işidir”.
Müəllif bildirib ki, burada dörd-beş mərhələli bir proses gedir və müxtəlif şəxslər, qurumlar tərəfindən rəylər bildirilir.




